شمس تبریزی و مولانا
Cavab: Daha öncə də olmuşdur əlbəttə eşq axtarışı. İnsanlıq yer üzndə var olandan eşq və eşq axtarışı mövcud olmuşdur. Nizami Gəncəli bunu belə anladar: “Eşqdir mehrabı uca göylərin Eşqsiz ey dünya nədir dəyərin?” Eşq əzəldən var olmuşdur. Eşqi özümsəmə, mənimsəmə sürəci söz qonusudur. Əttardan daha öncə də eşqin məqamları üzərinə söhbət edilmişdir. İbni-Sina kimi böyük mütəfəkkirlər də bu haqda fikir bildirmişlər. İbni-sina eşq məqamını onbir mərhələdən ibarət bilir. Ancaq eşq məqamının yeddi qatdan ibarət olması daha öncələr də millətlərin sezgisəl dünya görüşlərində olmuşdur. “Yeddi” rəqəmi bir çox millətlər də müqəddəs sayılmışdır. Çünkü bu “yeddi” rəqəmi həm ağlın, həm də bəsirətin anlama sürəcinə yardımçı olmuşdur. Məslən “həftənin yeddi günü”, “göyün yeddi qatı”, “yeddi arxadan dönən”, “Koroğlunun 7777 dəlisi”, “Fatihə surəsinin 7 ayədən ibarət olması”. Bunun örnəklərini artırmaqda mümkündür. Bəzi rəqəmlərin düşünmədə önəmli rolu var. Məsələn “bir” rəqəmi qaynaqdır. Məsdərdir. Sonrakı rəqəmlər “bir”dən qaynaqlanar. Ona görə də “bir” Tanrının özəlliyidir. Şəmsdən sonra “hürufi” və “rüqumi” təriqətləri yarandı. Bunların hamısı əslində Şəmsin təlimlərinin təsiri altındaydılar, ancaq Şəmsdən damlalar anlamışdılar. “Yeddi” rəqəmindəki eşq dialektikasına önəm verildi. Əttarın da doğruca anlaşılmasında Şəmsin böyük rolu olmuşdur. ![]()
| Design By : Night Skin |


